Bütün xəbərlər
Hillari Klinton: Trampın bu qərarı Putinə hədiyyədir
Tarix: 08-02-2019 23:58 | Bölmə: Siyasət

                          


ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Trampın Orta və yaxın məsafəli raketlərin ləğv edilməsi barədə sazişdən çıxmaq qərarını tənqid edib.
Trend-in məlumatına görə, H.Klinton bu barədə Vaşinqtonda Corctaun Universitetində çıxış edərkən deyib.
O bəyan edib ki, dünyaya hazırda silahlanma yarışı lazım deyil:
"Tramp administrasiyasının bu qərarı Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir, çünki ABŞ-ın bu addımı Moskvaya da Vaşinqtonun ardınca sazişdən çıxmaq qərarı verməyə imkan yaradıb".
H.Klinton əlavə edib ki, sazişlə bağlı Rusiya ilə fikir ayrılıqları regionda gözlənilməzlik amilini gücləndirəcək.



Baxış sayı: 571


Bölməyə aid digər xəbərlər