Bütün xəbərlər
Putinin Maduroya inamı qalmayıb
Tarix: 08-02-2019 01:43 | Bölmə: Siyasət

                             b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_2019-01-24_210820.jpg


Venesuela prezidenti Nikolas Maduronu bu ağır günlərdə Rusiya qədər dəstəkləyən yoxdur. Şimal qonşumuzun Cənubi Amerika diktatoruna həm hərbi, həm də maddi yardım etdiyi güman olunur. Maduronun qızıllarını daşımaq da rusların öhdəsinə düşüb.
Missiya.Az xəbər verir ki, Kremlin Venesuela prezidentinə inamı qalmayıb. Daha dəqiqi, rəsmi Moskva Maduronun bu mübarizədən “sağ çıxacağına” inanmır.
Venesuelanın iqtisadi vəziyyəti çox ağırdır. Rusiya hakimiyyəti məhz bu amilin Maduronun əleyhinə işlədiyini düşünür. “Bloomberg” Kremldəki iki mənbəsinə güvənərək bu xəbəri yayıb. 
Agentlik Rusiyanın belə uzaq məsafəyə lazımi hərbi yardım göstərmək imkanından məhrum olduğunu yazır. Venesuela ordusu isə çox hazırlıqsızdır. Venesuelanın Rusiyadakı səfirliyi ABŞ-ın ölkə ordusunu xəyanətə sürüklədiyini açıqlayıb. ABŞ-ın baş katibi Mayk Pompeo “Fox Business” telekanalına açıqlamasında Rusiya və Kubanı ittiham edib. Vaşinqton rəsmisi bu ölkələrin Venesuelaya azad siyasət yürütməyə mane olduğunu bildirib. Pompeo hakimiyyət dəyişikliyinin tam həyata keçirilməsindən sonra venesuelalıların müstəqil olmaq istəyəcəyinə ümid etdiyni deyib. “Rusiyalılara və kubalılara güvənmək lazım deyil” – baş katib belə söyləyib. Pompeo Maduronu ac xalqı doyurmağa çağırıb.

Venesuela prezidenti Nikolas Maduronu bu ağır günlərdə Rusiya qədər dəstəkləyən yoxdur. Şimal qonşumuzun Cənubi Amerika diktatoruna həm hərbi, həm də maddi yardım etdiyi güman olunur. Maduronun qızıllarını daşımaq da rusların öhdəsinə düşüb.

Bizimyol.info “Bloomberg”ə istinadən xəbər verir ki, Kremlin Venesuela prezidentinə inamı qalmayıb. Daha dəqiqi, rəsmi Moskva Maduronun bu mübarizədən “sağ çıxacağına” inanmır. Venesuelanın iqtisadi vəziyyəti çox ağırdır. Rusiya hakimiyyəti məhz bu amilin Maduronun əleyhinə işlədiyini düşünür.
“Bloomberg” Kremldəki iki mənbəsinə güvənərək bu xəbəri yayıb. Agentlik Rusiyanın belə uzaq məsafəyə lazımi hərbi yardım göstərmək imkanından məhrum olduğunu yazır. Venesuela ordusu isə çox hazırlıqsızdır.
Venesuelanın Rusiyadakı səfirliyi ABŞ-ın ölkə ordusunu xəyanətə sürüklədiyini açıqlayıb.
ABŞ-ın baş katibi Mayk Pompeo “Fox Business” telekanalına açıqlamasında Rusiya və Kubanı ittiham edib. Vaşinqton rəsmisi bu ölkələrin Venesuelaya azad siyasət yürütməyə mane olduğunu bildirib. Pompeo hakimiyyət dəyişikliyinin tam həyata keçirilməsindən sonra venesuelalıların müstəqil olmaq istəyəcəyinə ümid etdiyni deyib. “Rusiyalılara və kubalılara güvənmək lazım deyil” – baş katib belə söyləyib.
Pompeo Maduronu ac xalqı doyurmağa çağırıb.



Baxış sayı: 601


Bölməyə aid digər xəbərlər