Bütün xəbərlər
Zelenski Tusku Ukrayna-Polşa sərhədində danışıqlar aparmağa dəvət edib
Tarix: 21-02-2024 20:10 | Bölmə: Siyasət

Ukrayna prezidenti Vladimir Zelenski Polşanın baş naziri Donald Tusku fevralın 24-nə qədər Ukrayna-Polşa sərhədində görüşərək keçid məntəqələrinin blokadası ilə bağlı vəziyyəti həll etməyə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı öz ölkəsinin hökumətinə də ora gəlməyi tapşırıb.
Ukrayna lideri Polşa prezidenti Anjey Dudaya da müraciət edərək “bu dialoqa dəstək” istəyib.
"Bu, milli təhlükəsizlikdir. Biz bunu gecikdirməməliyik. Yaxın günlər bizə bunu etmək şansı verir", - Zelenski Teleqram kanalında yazıb.O, Avropa Komissiyasının nümayəndəsini bu görüşdə iştiraka dəvət edib.
Fevralın 20-də Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına və Aİ-nin iqlim siyasətinə qarşı çıxan polşalı fermerlər qonşu dövlətlə sərhəddə keçid məntəqələrini bağlayıblar. Bildirilib ki, fermerlər “Doroxsk” keçid məntəqəsində Ukrayna yük maşınlarından taxıl töküblər.




Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər