Bütün xəbərlər
Kadırovun oğlu nazir oldu
Tarix: 17-02-2024 22:08 | Bölmə: Siyasət

Çeçenistan Respublikasının başçısının böyük oğlu Axmat Kadırov gənclərlə iş üzrə nazir vəzifəsinə təyin edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çeçenistan parlamentinin sədri Maqomed Daudov Axmat Kadırova Çeçenistan Respublikasının ali mükafatı olan "Kadırov" ordenini təqdim edib.
Dautovun qeyd etdiyi kimi, Kadırov gənclər təşkilatlarının inkişafına mühüm töhfələr verir, gənc nəslə dəstək verir və ona tapşırılan istənilən tapşırığı məsuliyyətlə yerinə yetirərək rayonun həyatında fəal iştirak edir.
Çeçenistan rəhbərinin oğlu əvvəllər Çeçenistanın bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsində çalışıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovun II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər