14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Seymin vitse-spikeri Lvov merini “bandera dilində” danışmamağa çağırıb
Tarix: 14-02-2024 15:02 | Bölmə: Siyasət

Polşa Milli Assambleyasının aşağı palatasının vitse-spikeri Pyotr Zqorzelski Lvov meri Andrey Sadovoyun açıqlamalarını tənqid edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, əvvəllər “Rusiyayönlü təxribatçılar” adlandırdığı polşalı fermerlərin etirazlarından danışıb.
“Lvov meri Sadovoya təklif edirəm ki, heç nə deməzdən əvvəl bir stəkan su içsin,” Zqorzelski "Polsat" telekanalında deyib: “Çox vaxt o, Ukraynada ünsiyyət dili olmamalı olan Bandera dilində danışır”.
Seymin vitse-spikeri Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına etiraz edən polşalı fermerləri dəstəkləyib. O, Polşaya “rəqabətli qiymətə və naməlum tərkibə malik qidaların” gəlməsini qalmaqal adlandırıb.
Fevralın 9-da polşalı fermerlər ölkə boyu etiraz aksiyasına başlayıblar. Onlar Ukrayna ilə sərhəddə keçid məntəqələrinin girişlərini bağlayır və Ukrayna məhsullarının tədarükünün dayandırılmasını tələb edirlər. Fermerlər martın 10-dək tətil keçirməyi planlaşdırırlar.
Bundan əvvəl Polşa Macarıstan və Slovakiya ilə birlikdə Avropa Komissiyasının bu cür məhdudiyyətləri uzatmamaq qərarına baxmayaraq, Ukrayna taxılının idxalına embarqonu birtərəfli qaydada uzadıb. Bundan sonra Polşa-Ukrayna münasibətləri xeyli pisləşib.




Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər