Bütün xəbərlər
Səfir: "Azərbaycanla Pakistan qonşu təcavüzü ilə üzləşib"
Tarix: 05-02-2019 13:58 | Bölmə: Siyasət

                                   “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarixi saxtalaşdırmağa çalışır”

Bakıda Kəşmirlə Hənmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.
“Report” xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir zamanı səfir Səid Xan Mohmand jurnalistlərə “Hindistanın işğal etdiyi Cammu və Kəşmirin tarixi Pakistan torpaqları” olduğunu dilə gətirib.
Diplomat bildirib: “Pakistan Cammu və Kəşmirdəki zorakılığa, pakistanlıların hüquqlarının tapdalanmasına son qoymağa çağırır”.
O, Hindistanla hərbi münaqişə nəticəsində on minlərlə pakistanlının öldürüldüyünü və ya amansız təzyiqlərə məruz qaldığını, dini adət və mərasimlərini sərbəst yerinə yetirməkdən məhrum edildiklərini söyləyib.
Bu baxımdan Azərbaycan və Pakistan xalqlarının oxşar tale yaşadıqlarını, qonşu təcavüzü ilə üzləşdiyini diqqətə çatdıran səfir deyib: “Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək verdiyi kimi, Azərbaycan xalqının da Cammu və Kəşmir məsələsində Pakistan xalqı ilə həmrəy olduğuna əminəm. Çünki hamımız oxşar faciələrə düçar olmuşuq, torpaqlarımızı qəsb etməyə çalışırlar”.
Hindistanın Cammu və Kəşmirdəki demoqrafik mənzərəni dəyişdirməyə cəhd etdiyini vurğulayan pakistanlı diplomat eynilə Ermənistanın da işğal etdiyi Azərbaycan torpaqlarında tarixi saxtalaşdırmağa çalışdığını vurğulayıb. 



Baxış sayı: 576


Bölməyə aid digər xəbərlər