Bütün xəbərlər
Tramp bir bəyanat verdi, iki ölkə bir-birinə dəydi
Tarix: 04-02-2019 23:59 | Bölmə: Siyasət

                     



ABŞ Prezident Donald Tramp indi də İraqa problem yaradıb.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Tramp bir neçə gün əvvəl ABŞ-ın vaxtilə İraqdakı hərbi bazanın qurulmasına böyük pullar xərclədiyini və ona görə də bu bazadan daha çox faydalanmaq fikrində olduğunu deyib:
"Trampın sonrakı cümləsi İrana aid olub və İraqdakı hərbi bazadan İranı nəzarətdə saxlamaq üçün istifadə edəcəklərini vurğulayıb. Bu açıqlamaya ehtiyac yox idi. Çünki hamı bilir ki, onsuz da ABŞ İraqdakı hərbi bazadan yalnız terrorçulara qarşı mübarizədə istifadə etmir, qonşu İranda kəşfiyyat məlumatlarının toplanması üçün faydalanır. Ancaq Trampdan başqa heç bir Amerika prezidenti bunu açıq dilə gətirməzdi. İndi İraq prezidenti and-aman edir ki, Bağdad heç zaman imkan verməz ki, onun torpaqlarından qonşu İrana qarşı istifadə edilsin".
Politoloq qeyd edib ki, Tramp bu açıqlamasıyla özünə başqa bir problem də yaradıb:
“Ağ Ev sahibinin məlum açıqlamasından sonra İraq parlamenti tələb edir ki, ABŞ ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığa yenidən baxılsın və bu çərçivədə hərbi bazanın qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılsın. Tramp qaş düzəltmək istəyərkən, gözü vurub çıxartdı”.



Baxış sayı: 559


Bölməyə aid digər xəbərlər