Bütün xəbərlər
Qəddafinin oğlu həbsxanadan danışdı
Tarix: 04-02-2019 16:36 | Bölmə: Siyasət

                        

Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəddafi saxlanma şərtlərindən danışıb.
Trend-in məlumatına görə, RİA Novosti agentliyinə müsahibə verən H.Qəddafi sağlamlığından şikayət edib.
O, belində və sinəsində ağrıların olduğunu bildirib və BMT-dən onun üçün həkim briqadasının göndərilməsini istəyib.
Müəmmər Qəddafinin oğlu onu ziyarət etməyə gələnlərin də həbsxanaya buraxılmadığını deyib.
Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livanda həbs olunub.



Baxış sayı: 527


Bölməyə aid digər xəbərlər