Bütün xəbərlər
Maduro: "Venesuelada dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olub"
Tarix: 03-02-2019 00:30 | Bölmə: Siyasət

                                      

"Venesuelada dövlət çevrilişinə cəhd uğursuz olub".
"Report" "EuropaPress"ə istinadən xəbər verir ki, bu barədə Karakasda mitinqdə çıxış edən Venesuela prezidenti Nikolas Maduro bildirib.
Maduro həmçinin çıxışında Venesuelada böhranın həlli ilə bağlı müxalifətin humanitar yardım haqqında təkliflərini də şərh edib.
"(Məsələlərin-red) Həllərini axtarmaq vaxtı çatıb. Venesuela yoxsul ölkədeyil. Bizə heç kimdən kömək lazım deyil", - deyə o bildirib.
Bu gün Venesuelada Maduro tərəfdarlarının yürüşü olub.


Baxış sayı: 591


Bölməyə aid digər xəbərlər