22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Qəzza atəşkəsi daha çox girovu azad etmək üçün uzadıla bilər
Tarix: 25-11-2023 19:38 | Bölmə: Siyasət

Misirin “Al Qahera News” telekanalı xəbər verir ki, Misir maraqlı tərəflərdən daha çox girovu azad etmək üçün Qəzza zolağında atəşkəsin uzadılmasına dair müsbət siqnallar alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Misir hakimiyyəti HƏMAS tərəfindən saxlanılan daha çox israilli girovları və İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusları azad etmək üçün atəşkəs müddətini daha bir neçə gün uzatmaq üçün danışıqlar aparır.
Əl-Ərəbiyyə telekanalının məlumatına görə, Misir və Qətər sazişin müddətini iki gün uzatmaq üçün danışıqlarda iştirak edir.
Noyabrın 25-i səhər saat 08:00-da İsrail Müdafiə Qüvvələri (IDF) ilə Fələstinin Həmas hərəkatı arasında dörd günlük atəşkəs başlayıb. Atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS 13 israilli girovu - qadın və uşaqları İsrailə təhvil verib. İsrail 24-ü qadın olmaqla 39 fələstinli məhbusu azad edib.


Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər