Bütün xəbərlər
Serbiya ABŞ-la birlikdə Ukraynanın bərpasında iştirak etmək niyyətindədir
Tarix: 17-11-2023 20:08 | Bölmə: Siyasət

Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç bildirib ki, Serbiya ABŞ ilə birlikdə Ukraynanın müharibə başa çatdıqdan sonra bərpasında iştirak etmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Serb tikinti şirkətlərinin Ukraynanın bərpası layihələrində iştirakı ilə bağlı təkliflər irəli sürülüb. "Bu münasibətlə mən Ukraynanın müharibədən sonrakı bərpasında iştirak etmək arzusunu bildirən Serb tikinti şirkətləri ilə görüş keçirdim", - Vesiç qeyd edib.
"Mən əminəm ki, Ukraynanı və Ukrayna xalqını bərpa və firavanlıq günləri gözləyir. Serbiya isə kömək etməyə hazırdır. Serb tikinti və maşınqayırma sənayesi Ukraynanı gözləyən çox mürəkkəb layihələrdə iştirak etmək üçün mühəndislik qabiliyyətinə, işçi qüvvəsinə və təcrübəyə malikdir”, – Vesiç qeyd edib.
Eyni zamanda, Serbiya beynəlxalq hüquqa və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə davam edəcək, nazir yekunlaşdırıb.
Serbiya prezidenti Aleksandar Vuçiç daha əvvəl demişdi ki, Belqrad müharibə başa çatdıqdan sonra Ukraynada şəhərlərin yenidən qurulmasında iştirak etmək niyyətindədir.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər