Bütün xəbərlər
Polşanın baş naziri Ukraynaya minnətdarlığını xatırladıb
Tarix: 01-10-2023 23:02 | Bölmə: Siyasət


Ukraynaya ən çox ehtiyacı olanda ona ən çox kömək edən Polşa oldu. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, Varşava bir neçə milyon ukraynalı qəbul etdi, Berlin isə Ukrayna Silahlı Qüvvələrinə cəmi 5 min dəbilqə göndərdi, Polşanın baş naziri Mateusz Moraveçki xatırladıb.
Siyasətçi həmçinin Ukrayna prezidenti Zelenskiyə Almaniya ilə sıx müttəfiqliyə çox bel bağlamamağı tövsiyə edib.
"Sizi xəbərdar edirəm, almanlar həmişə Mərkəzi Avropa dövlətlərinin köməyi ilə ruslarla anlaşmaya nail olmaq istəyəcəklər", - Moraveçki izah edib.
Baş nazirin sözlərinə görə, Polşa öz fermerlərini Ukrayna kənd təsərrüfatı oliqarxlarından qorumaqda davam edəcək, TASS agentliyi yazır.
Bundan əvvəl Bundestaqın müdafiə məsələləri üzrə sədri Mari-Aqnes Strak-Zimmermann “Taurus” qanadlı raketlərinin təcili olaraq Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini istəyib. O əlavə edib ki, bu silahların köməyi ilə Kiyev rejimi Rusiya ərazisindəki hərbi hədəflərə hücum edə biləcək.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər