Bütün xəbərlər
Qənirə Paşayeva vəfat etdi
Tarix: 28-09-2023 22:27 | Bölmə: Siyasət

                        qenire-pasayeva-vefat-etdi


Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!


Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər