Bütün xəbərlər
Müəmmalı siyasi gediş: Ərdoğana qarşı ittifa
Tarix: 28-01-2019 10:33 | Bölmə: Siyasət




Son zamanlar Türkiyə siyasətində səssizliyi ilə diqqət cəlb edən keçmiş prezident Abdullah Gülün, sabiq baş nazir Əhməd Davudoğlunun və adları açıqlanmayan AKP-çi deputatların Səadət Partiyasına keçəcəyi yönündə iddialar yayılıb.
Axar.az xəbər verir ki, iddialara görə, 31 mart yerli idarəetmə orqanlarına keçirilən seçkilərdən sonra sözügedən iki məşhur simanın partiyaya keçidi baş tutacaq.
Bildirilib ki, əvvəlcə yeni partiya yaratmaq ideyası ətrafında söz-söhbətlər dolaşsa da, sonradan bu plan dəyişdirilib.
Abdullah Gülün bu prosesdə liderlik edən deyil, xaricdən dəstəkləyən mövqedə olacağı istisna edilmir.



Baxış sayı: 626


Bölməyə aid digər xəbərlər