Bütün xəbərlər
Prezident açıqladı: Ölkədə “ərəb baharı” təkrarlanır
Tarix: 28-01-2019 04:16 | Bölmə: Siyasət

                    



Kütləvi aksiyaların təşkilatçıları Sudanda “ərəb baharı”nı təkrarlamaq istəyirlər.
Axar.az xəbər verir ki, bu sözləri Sudan Prezidenti Ömər Bəşir misirli həmkarı Əbdülfəttah Sisi ilə görüşündən sonra keçirilən mətbuat konfrasında çıxışı zamanı deyib.
“Mən prezident qardaşıma Sudandakı vəziyyətlə bağlı danışdım. Biz problemimizin olmadığını demirik. Lakin baş verənlər heç də mediada təqdim edildiyi kimi də deyil”, - Bəşir bildirib.
Dövlət başçısı əlavə edib ki, aksiyalarda istifadə edilən şüarlar, proqramlar, çağırışlar sosial mediada geniş şəkildə təbliğ edilir.
Qeyd edək ki, Sudanda hökumətə qarşı etiraz aksiyaları 2018-ci ilin dekabrından davam edir.



Baxış sayı: 602


Bölməyə aid digər xəbərlər