Bütün xəbərlər
Melaniya Trampdan üzr istədilər, üstəlik...
Tarix: 26-01-2019 20:44 | Bölmə: Siyasət

                 

İngiltərənin “Deyli Teleqraf” qəzeti ötən həftə ABŞ-ın birinci xanımı Melaniya Tramp haqqında yayımladığı məqələdəki bəzi iddialara görə üzr istəyib.
Axar.az xəbər verir ki, qəzet yayımladığı yanlış idialara görə meydana gələn zərəri (Melaniya Trampın məhkəmə xərclərini) də qarşılayacağını açıqlayıb.
“Deyli Teleqraf” bu gün yayımladığı məqalədə Melanianın ABŞ Prezidenti Donald Trampla tanış olmazdan əvvəl karyerasında uğur qazanan model olduğunu və bunu Trampın dəstəyi olmadan bacardığını bildirib. Üzrxahlıq mətnində Melaniya Trampın anası, atası və bacısının 2005-ci ildə D. Trampa məxsus binalarda yaşamaq üçün Nyu Yorka köçməsi barədə iddianın doğru olmadığı qeyd edilib.
Qeyd edək ki, qəzet ötən şənbə “Melaniyanın sirri” adlı məqalədə birinci xanımın Donald Trampla tanış olmamışdan əvvəl karyerasında problemlər yaşadığını, Tramp prezident seçildiyi gecə ağladığını yazmışdı.



Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər