Bütün xəbərlər
ABŞ və müttəfiqləri "F-16" qırıcılarını Kiyevə köçürmək niyyətindədir
Tarix: 19-05-2023 22:13 | Bölmə: Siyasət


Qərb ölkələri "F-16" qırıcılarını Ukraynaya ötürməyi planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çatdırılma detalları hələ razılaşdırılmayıb, bu barədə qərar yaxın aylarda verilə bilər. Bu barədə cümə günü NBC telekanalı Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, ABŞ və onun NATO-dakı müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək döyüş təyyarələrinin vaxtını və sayını, habelə onları hansı ölkələrin təmin edəcəyini müəyyən etməli olacaqlar.
Eyni zamanda, Ukraynanın alacağı "F-16"-lar Ukrayna Silahlı Qüvvələrinin “qarşıdan gələn əks-hücum əməliyyatında” istifadə edilməyəcək. Mənbə bildirib ki, qırıcı təyyarələr ölkənin “təhlükəsizliyin artırılması üzrə uzunmüddətli proqramı” çərçivəsində təhvil veriləcək.
Bundan əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyası bəyan etmişdi ki, "F-16" təyyarələrinin Ukraynaya verilməsi məsələsinə baxılmır və gündəmdə deyil.
Bayden fevral ayında Amerika qırıcılarının Kiyevə təhvil verilməsini istisna edib, çünki bunun üçün heç bir əsas olmadığını izah edib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər