Bütün xəbərlər
Poroşenko və Timoşenkonun son reytinqi açıqlandı
Tarix: 25-01-2019 01:45 | Bölmə: Siyasət

                        



Ukrayna Prezidenti Pyotr Poroşenkonu növbəti dəfə prezident görmək istəyənlərin sayı artmaqdadır.
Axar.az xəbər verir ki, Mixail Draqomanov adına Sosioloji Mərkəzin bu gün açıqladığı növbəti sorğunun nəticələrinə görə, prezident seçkiləri ilə bağlı Pyotr Poroşenko ilə Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun reytinqi bərabərləşib. Səsvermədə iştirak edənlərin 17,4 faizi Timoşenkoya, 17,1 faizi isə Poroşenkoya üstünlük verib. 2018-ci ilin dekabr ayının sosioloji sorğusu ilə müqayisədə Poroşenko reytinqdə xeyli irəliləyib.
“Növbəti dəfə prezident seçkilərində kim qalib gələcək?” sualına sorğuda iştirak edənlərin 21,3 faizi Timoşenko, 21,1 faizi Poroşenko cavabını verib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.



Baxış sayı: 638


Bölməyə aid digər xəbərlər