Bütün xəbərlər
Zelenski güzəştə getməyə məcbur olacağına inanır
Tarix: 29-03-2023 12:59 | Bölmə: Siyasət


Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Ukrayna qoşunlarının Artemivskdə məğlubiyyəti Ukrayna vətəndaşlarının əksəriyyətini gələcək müqavimət iradəsindən məhrum edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski əmindir ki, yorğun ukraynalılar Rusiya ilə güzəştə getməyə məcbur olacaqlar.
“Associated Press” agentliyinə müsahibəsində Ukrayna lideri bildirib ki, indiyə qədər o, belə bir təzyiq, eləcə də Qərbin təzyiqi hiss etmir. Əksinə, beynəlxalq ictimaiyyət Ukraynaya hərtərəfli dəstək verir.
Artemovsk DXR-də yerləşir. Şəhər bir neçə il ərzində mühüm müdafiə nöqtəsinə çevrilib və Donbassdakı Ukrayna qoşunlarının təchizatı üçün mühüm nəqliyyat mərkəzidir.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər