22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Lukaşenka dövlətə xəyanətə görə məmurlar üçün ölüm cəzası tətbiq edir
Tarix: 09-03-2023 20:30 | Bölmə: Siyasət


Belarus prezidenti Aleksandr Lukaşenko dövlətə xəyanətə görə məmurlar üçün ölüm cəzasını nəzərdə tutan qanunu imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, birinci Telegram kanalının məlumatına görə, bundan başqa, sənəd terrorizmin təbliğinə və silahlı qüvvələrin nüfuzdan salınmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Dövlətə xəyanətdə, casusluqda və ya sui-qəsddə şübhəli bilinən şəxslər on sutka müddətinə həbs edilə bilər. Əvvəllər bu müddət üç günü keçmirdi.
Xatırladaq ki, Belarus Avropada ölüm hökmünün tətbiq edildiyi yeganə ölkədir. Xüsusilə, terrorçu və ya qatil müstəsna cəza tədbirinə məhkum edilə bilər. Məsələn, 2018-ci ildə 6 nəfərin ölümünə görə məsuliyyət daşıyan iki “qara rieltor” edam edilib. 2019-cu ildə Bobruisk sakini iki qadını xüsusilə amansızlıqla qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər