12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstəricisidir-Kamilə Əliyeva
Tarix: 27-01-2023 21:48 | Bölmə: Siyasət


Beynəlxalq Konvensiyaya görə ölkələrin digər dövlətlərdəki səfirliklərinin yerləşdiyi ərazi onun ərazisi hesab edilir və yerləşdiyi dövlət səfirliyin qorunmasına məsuliyyət daşıyır. İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum və səfirliyin mühafizəçilərindən birinin ölümü və 2 nəfərin yaralanması Azərbaycanın ərazibütövlüyünə təhdid sayılır.
Vaxtilə Qərb dövlətləri İrana hərbi müdaxilə üçün
Azərbaycanın hava məkanından istifadə etməsinə, Azərbaycan dövləti
İranı dost, qardaş dövlət adlandıraraq buna razılıq verməmişdir. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı? Azərbaycanın İranı özünə dost və qardaş dövlət hesab etməsi ilə bağlı çox misallar çəkmək olar. Təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri səmimi münasibət bəsləmişdir. Baş vermiş bu hadisə son vaxtlar İranın siyasi dairələrində, kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatının nəticəsidir. Səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstəricisidir. Əksər İslam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran əslində İslam dininə də hörmətsizlik nümayiş etdirir.


Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor






Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər