Bütün xəbərlər
Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Tarix: 27-01-2023 07:13 | Bölmə: Siyasət

Yaponiya Rusiya ilə ticarətə yeni məhdudiyyətlər tətbiq edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi yeni sanksiyaları Ukrayna ətrafındakı beynəlxalq vəziyyətlə və onun “sülhün təmin olunmasına” töhfəsi ilə izah edir.
Fevralın 3-dən Rusiyaya peyvənd və tibbi avadanlıqların satışına qadağa qoyulub. Həmçinin robotların, radioaktiv materialların və nüvə obyektləri, neft və qaz kəşfiyyatı üçün avadanlıqların ixracı qadağandır. Siyahıya həmçinin partlayıcı maddələri aşkar edən avadanlıqlar, portativ generatorlar və lazer qaynaq maşınları da daxildir.
Ümumilikdə, ixrac məhdudiyyətləri 49 təşkilata təsir edəcək. 22 şəxsə və üç təşkilata (“İrkut” korporasiyası, “Avanqard Moskva maşınqayırma zavodu” və “KamAZ”) qarşı şəxsi sanksiyalar genişləndirilir.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər