Bütün xəbərlər
Nazarbayev ürəyindən əməliyyat olunub
Tarix: 20-01-2023 11:44 | Bölmə: Siyasət

Qazaxıstanın eks-prezidenti ürəyindən əməliyyat olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Aidos Ukibay məlumat verib.
İxtisaslaşdırılmış Milli Mərkəzdə cərrahi müdaxilə aparılıb. Prosesə tanınmış kardiocərrah Yuri Pya nəzarət edib.
“RİA Novosti”nin məlumatına görə, əməliyyat uğurla başa çatıb. Nazarbayevin həyatına heç nə təhlükə yoxdur. İndi o, mütəxəssislərin nəzarəti altındadır.
Bundan əvvəl internetdə 82 yaşlı siyasətçinin ürəyində problem olması ilə bağlı xəbərlər yayılmışdı. Eks-prezident təcili olaraq Astanadakı xəstəxanalardan birinə aparılıb.
Nursultan Nazarbayev 30 ilə yaxın ölkəyə rəhbərlik edib. O, 2019-cu il martın 20-də prezidentlikdən istefa verib.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər