12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Perunun buraxılan parlamenti prezidentə impiçment elan edib
Tarix: 08-12-2022 00:08 | Bölmə: Siyasət


Peru prezidenti Pedro Kastilyo konqresi buraxdı, lakin buna baxmayaraq, deputatlar iclasa toplaşaraq dövlət başçısının impiçmentini elan etdilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Demokratiyamızı və konstitusiyamızı müdafiə edərək, Konqresin plenar iclası 101 lehinə səslə prezident Pedro Kastilonun istefasını dəstəklədi".
Kastilyo ailə üzvləri ilə birlikdə rəsmi prezident iqamətgahını tərk edib. Yerli mətbuatın məlumatına görə, onlar arxa qapıdan çıxıblar.
İqamətgahı baş nazir Betssi Çaves də tərk edib. O, mətbuata danışmaqdan imtina edib.
Bundan əvvəl, dekabrın 7-də Peru prezidenti parlamentin buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu bəyan edib. O, həmçinin yeni seçkilərə ehtiyac olduğunu açıqlayıb.
Lakin hərbçilər və polis parlamentin tərəfini tutaraq prezidentin qərarını dəstəkləməyib. Ölkənin Konstitusiya Məhkəməsinin sədri Kastilonu dövlət çevrilişinə cəhddə ittiham edib. TASS yazır ki, parlament dövlət başçısının vəzifəsindən kənarlaşdırılmasına səs verib.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər