22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
18:33 / 24-09-2026
Kim Çen In Rusiyaya səfər etməyə dəvət olunub
18:30 / 24-09-2026
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
18:27 / 24-09-2026
Futbolçu Qluşakov Rusiyada futbolun necə populyarlaşdırılacağını izah etdi
18:24 / 24-09-2026
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
15:43 / 24-09-2026
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
19:35 / 23-09-2026
Taxıl elevatorunda bir qadın ölüb
19:32 / 23-09-2026
15 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölümcül xəsarət alıb
19:28 / 23-09-2026
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
Ağıllı hərbi strategiya qələbəmizi təmin etdi-Səyavuş Qasımov
Tarix: 27-09-2022 23:17 | Bölmə: Siyasət

Qələbəmizin siyasi və strateji memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Mqasir Azərbaycanın siyasi memarı Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir və Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda yer tutur.
Xaricdən çoxsaylı müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Hazırda Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Müharibənin gedişində Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki əhalini hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir və hesab edirik ki, dünyanın müvafiq beynəlxalq təşkilatları bu cinayətlərə hüquqi qiymət verilməsinə nail olacaqlar.
- Ermənistan tərəfindən basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır;
Artəq azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Azərbaycanın şəhərləri yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub, həmçinin 67 məsciddən 65-i tamamilə dağıdılmışdır.
Ali Baş Komandan İlham Əliyev müharbədən sonra şəhid ailələri, qazilər və müharibə iştirakçılarına lazımi qayğı göstərir. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.
Ikinci Qarabağ Müharibəsi Ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Məhz onların şücaəti nəticəsində 216 ildən sonra Azərbaycan torpaq itirmək sindromundan qurtuldu və biz qəhrəman xalqa çevrildik.
Qasımov Səyavuş Kamran oğlu,
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr
üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 521
Bölməyə aid digər xəbərlər

Dünən, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb