Bütün xəbərlər
Vilyam Hacıyevə hökm oxundu - 5 milyonluq əmlakı əlindən alındı
Tarix: 25-07-2022 14:16 | Bölmə: Siyasət

                   Vilyam Hacıyevə hökm oxundu



İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, o, 12 il müddətə azadlıqdan məhrum edilib. Hökm bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda elan olunub.
Xəbəri rus dilində oxuyun: Объявлен приговор Вильяму Гаджиеву - конфисковано имущество на сумму 5 млн
Bundan başqa sabiq başçının 5 milyon 344 min manatlıq əmlakının da müsadirəsinə və dövlət nəfinə keçirilməsinə qərar verilib.
Xatırladaq ki, Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığında ittiham olunub. O, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq başçının xidməti otağı və yaşadığı ünvanlardan mənimsənilmiş pulların məbləğlərinə dair qeydlər və qablaşdırılaraq saxlanılan vəsaitlər aşkar edilib. O, məhkəmədə həmin pulların ailəsindən miras qaldığını bildirib.


                       






Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər