Bütün xəbərlər
ABŞ Moskvada saxlanılan vətəndaşının geri qaytarılmasını tələb edib
Tarix: 02-01-2019 23:36 | Bölmə: Siyasət

                            

 ABŞ casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın dərhal geri qaytarılmasını tələb edir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib.
O qeyd edib ki, ABŞ vətəndaşının həbsinin səbəbini bilmək istəyir.
Rusiya Federal Təhlükəsizlik Xidməti ötən il dekabrın 28-də ABŞ vətəndaşı Pol Uilanı casusluq fəaliyyətinə görə saxlayıb.



Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər