23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
18:33 / 24-09-2026
Kim Çen In Rusiyaya səfər etməyə dəvət olunub
18:30 / 24-09-2026
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
18:27 / 24-09-2026
Futbolçu Qluşakov Rusiyada futbolun necə populyarlaşdırılacağını izah etdi
18:24 / 24-09-2026
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
15:43 / 24-09-2026
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
19:35 / 23-09-2026
Taxıl elevatorunda bir qadın ölüb
Əlahiddə Ümumqoşun Ordu öz missiyasını layiqincə yerinə yetirir-Cəbi QULİYEV
Tarix: 26-06-2022 18:04 | Bölmə: Siyasət
Cəbi QULİYEV,
Milli Məclisin deputatı
Baxış sayı: 423
Bölməyə aid digər xəbərlər
Tarix: 26-06-2022 18:04 | Bölmə: Siyasət

Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin əsas şərtlərindən, dövlətçiliyin bel sütunlarından biridir. Ona görə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqımızın tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirdiyi dövlət quruculuğunun ilk addımlarından və ən şərəfli səhifələrindən biri nizami və vahid komandanlığa əsaslanan ordunun formalaşdırılması olmuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı ordu o dövrdə Ermənistanın yeni işğal planlarının qarşısını qəhrəmancasına almış, bir sıra ərazilərimiz işğaldan azad edilmişdi.
Heydər Əliyev dövlət quruculuğunda və eyni zamanda tariximizin yaşadılmasında dövlətçilik irsimizə, varisliyə böyük diqqətlə yanaşırdı. Bunun ən böyük nümunələrindən biri Ulu Öndərin 22 may 1998-ci ildə imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu günun - 26 İyun tarixinin Azərbaycanın Silahlı Qüvvələri Günü kimi qeyd edilməsidir. Hər zaman fəxarətlə qeyd etdiyimiz bu tarixi artıq ikinci ildir ki, daha böyük qürurla, daha təntənəli şəkildə qarşılayırıq. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daha da gücləndirdiyi ordumuz 44 günlük Vətən müharibəsində özünün tarixi missiyasını qəhrəmancasına yerinə yetirdi. Bu müqəddəs savaşda torpaqlarımızı işğaldan azad edən ordumuz bizi bütün dünyaya qalib dövlət, savaş meydanında zəfər çalmış qalib xalq kimi tanıtdı. Qalib dövlət, qalib xalq olmaqdan isə böyük xoşbəxtlik yoxdur və bu qürurdoğuran hissləri bizlərə möhtərəm İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Ordumuz yaşatdı.
Blokadada olan Naxçıvanın müdafiəsi hər zaman yüksək diqqət mərkəzində olmuş, bu məqsədlə muxtar respublikadakı hərbi hissələrin döyüş hazırlığı və peşəkarlığı ildən-ilə sürətlə artırılmışdır. Xatırladım ki, Naxçıvanda Azərbaycan Ordusunun hərbi hissələrinin yaradılmasına ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanılmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən 4 gün sonra - 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradılmışdır. Həmin dövrdə Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı olmuşdur. Məhz Heydər Əliyevin siyasi müdrikliyi ilə sovet ordu birləşmələri Naxçıvanı tərk etmiş, onların silah və texnikası Azərbaycan Ordusuna təhvil verilmişdir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin də maddi-texniki təminatı möhkəmləndirilib, döyüş hazırlığı əhəmiyyətli dərəcədə yüksəlib. Bu mənada Əlahiddə Ümumqoşun Ordu respublikamızda həyata keçirilən hərbi quruculuğun ən mükəmməl nümunələrindən biri kimi diqqəti çəkir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı həmişə hərbi hissələrə baş çəkir, muxtar respublikanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərlə yerindəcə tanış olur. Prezident İlham Əliyev ötən il mayın 10-da Naxçıvana dövlət başçısı kimi etdiyi sayca 15-ci səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak etmişdir.
Fəxrlə qeyd etmək istərdim ki, dövlətimizin muxtar respublikaya göstərdiyi güclü dəstək faktı Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirmişdir. 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra - 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordu tərəfindən azad olunması muxtar respublikada həyata keçirilən ordu quruculuğunun möhtəşəm nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə cəmiyyətimizdə mühüm hərbi-siyasi hadisəyə çevrilən Günnüt əməliyyatı zamanı Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad olunmuş, ümumilikdə 11 min hektara yaxın ərazi Azərbaycanın nəzarətinə keçmişdir. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza Ermənistandakı avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.
Əlahiddə Ümumqoşun Ordunun bölmələri növbəti rəşadətlərini Vətən müharibəsində göstərdilər. Müzəffər Ordumuzun Qələbəsi ilə nəticələnən Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, xüsusi təyinatlılar, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin məzunları və Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarının yetirmələri böyük şücaətlər göstərərək tarix yazdılar, yeni qəhrəmanlıq nümunələri yaratdılar. Prezident İlham Əliyev ötən il Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bununla bağlı deyib: "İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır".
Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Vətən müharibəsindən sonra yaranan yeni çağırışlar əsasında muxtar respublikada ordu quruculuğu sürətlə davam etdirilir, Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində müxtəlif tədbirlər reallaşdırılır. Dövlət başçısının bu sahədə qarşıya qoyduğu bütün vəzifələr Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi və nəzarəti ilə muxtar respublikada sürətlə və yüksək keyfiyyətlə həyata keçirilir.
Təsadüfi deyil ki, Əlahiddə Ümumqoşun Ordu indiki MDB-yə üzv ölkələrin silahlı qüvvələri arasında özünün yüksək döyüş qabiliyyətinə görə fərqlənir. Bu isə respublikamızda həyata keçirilən hərbi quruculuğun ən mükəmməl nümunələrindən biridir. Bütövlükdə, Naxçıvanın müdafiəsində mətinliklə dayanan Əlahiddə Ümumqoşun Ordu öz missiyasını layiqincə və qətiyyətlə yerinə yetirir.
Cəbi QULİYEV,Milli Məclisin deputatı
Baxış sayı: 423
Bölməyə aid digər xəbərlər
Dünən, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı













