Bütün xəbərlər
Elmar Məmmədyarov: Bu formatda danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb
Tarix: 06-12-2018 09:14 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib: "Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb".
Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.



Baxış sayı: 711


Bölməyə aid digər xəbərlər