Bütün xəbərlər
Tramp amerikalıların Fransada dəfn edildiyi qəbristanlığa getməkdən imtina edib
Tarix: 10-11-2018 23:07 | Bölmə: Siyasət

                         

ABŞ prezidenti Donald Trampamerikalıların Fransada dəfn edildiyi "Bois Belleau" qəbristanlığına getməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə BFMTV Ağ Evə istinadən məlumat yayıb.
Məlumata görə, bu, pis hava şəraiti ilə bağlı olub. Donald Tramp Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisə gəlib. O, bu gün Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar keçirilən foruma dünyanın bir neçə ölkəsinin dövlət başçıları qatılacaq.


Baxış sayı: 648


Bölməyə aid digər xəbərlər