Bütün xəbərlər
Vüqar Rəhimzadə: Deputatın Avropa Parlamentində qalıb-qalmaması məsələsinə baxılmalıdır
Tarix: 04-10-2018 19:16 | Bölmə: Siyasət

              

“Avropa Parlamentinin (AP) qanlı separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsi ikiliyanaşmanın göstəricisidir. Hesab edirəm ki, bu, Avropanın bəzi beynəlxalq təşkilatlarının nümayiş etdirdiyi ədalətsizlikdən xəbər verir”.
Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Baş redaktorun sözlərinə görə, AP-nin belə bir üzvünün olması utancverici hadisədir: “Hesab edirəm ki, AP-nin bəzi ölkələrə ikili yanaşma nümayiş etdirməsi ədalətsizliyin və ikili standartların nümunəsidir. Bu, birmənalı şəkildə, həmin deputatların xarakterlərini, əsl xislətlərini ortaya qoyan amillərdən biridir.
AP-nin qanlı separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun bu addımı beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlib. Bunlar bir çox hallarda anti-Azərbaycan dairələrlə əlaqəli işləyən insanlardırlar. Bu insanlar öz şəxsi düşüncələri ilə bərabər, kimlərinsə sifarişlərini icra edirlər. Ümumiyyətlə, o insanların AP-də qalıb-qalmaması məsələsinə baxılmalıdır. Əgər AP haqdan, ədalətdən, demokratiyadan, qanunların aliliyindən danışırsa, bunu düşünməlidir”.



Baxış sayı: 721


Bölməyə aid digər xəbərlər