“Qarabağda Azərbaycana dəstəyimiz bütün dünyanın diqqətini çəkib”
Tarix: 16-07-2021 17:56 | Bölmə: Siyasət

                    “Qarabağda Azərbaycana dəstəyimiz bütün dünyanın diqqətini çəkib”


“Qarabağın azadlığı uğrunda mübarizəsində azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstək və sadəcə 44 gündə qazanılan zəfər yenidən bütün dünyanın diqqətini üzərimizə çəkib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyədə Milli Müdafiə Universitetində məzunlarla bağlı keçirilən tədbirdə deyib.
“Başqa ərazilərdə bizimlə birlikdə addımlamaq istəyən qardaşlarımızın yanında olmaq üçün hazırlıqlar gedir. Buradan bir dəfə də açıq şəkildə deyirəm: bizim heç kimin torpağında gözümüz yoxdur”, - deyə Ərdoğan əlavə edib.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər