22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Puerto-Rikonun qubernatoru Trampın sözlərinə reaksiya verib
Tarix: 13-09-2018 22:36 | Bölmə: Siyasət

                              

Puerto-Rikonun qubernatoru Rikardo Rosello ABŞ prezidenti Donald Trampın bu adada 2017-ci ildə baş verən qasırğaların qurbanlarının sayı barədə bəyanatını şərh edib.
Bu barədə "Report" CBS-ə istinadən xəbər verir.
"Deməliyəm ki, nə Puerto-Riko sakinlərinin, nə qurbanların (qasırğa qurbanları -red) əzabları şübhəyə məruz qalmağa layiqdir", - deyə o qeyd edib.
Avqustda Rosello bildirib ki, adada baş vermiş "Mariya" qasırğası nəticəsində 2975 nəfər həlak olub. Daha əvvəl Tramp adada baş vermiş təbii fəlakət qurbanlarının sayı haqqında dəqiq məlumatlardan şübhələndiyini deyib.


Baxış sayı: 638


Bölməyə aid digər xəbərlər