22:48 / 26-09-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
18:33 / 24-09-2026
Kim Çen In Rusiyaya səfər etməyə dəvət olunub
18:30 / 24-09-2026
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
18:27 / 24-09-2026
Futbolçu Qluşakov Rusiyada futbolun necə populyarlaşdırılacağını izah etdi
18:24 / 24-09-2026
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
15:43 / 24-09-2026
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
Milli Məclis sədrinin müavini: Gəncliyimizin və idmanımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Tarix: 10-05-2021 02:41 | Bölmə: Siyasət
Baxış sayı: 547
Bölməyə aid digər xəbərlər
Tarix: 10-05-2021 02:41 | Bölmə: Siyasət

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi və onun gərgin əməyi sayəsində ölkəmizin bir dövlət olaraq məhv olmasının, ərazilərimizin parçalanmasının qarşısı alınmış, müstəqilliyimiz təmin olunmuşdur. Siyasi hərc-mərcliyin, tənəzzülün vüsət aldığı bir dövrdə xalqın xahişi ilə hakimiyyətə qayıdan Ulu Öndər ən çətin dövrlərdə belə, gənclərlə bağlı işə böyük əhəmiyyət verirdi. Gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi ilə yanaşı, onun idmana olan marağının artırılması, fiziki cəhətdən sağlam və savadlı Azərbaycan gəncliyinin yetişdirilməsi, dövlətini, xalqını, Vətənini sevən gənc nəslin formalaşdırılması Ulu Öndərin bu sahədəki siyasətinin əsasını təşkil edirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
“Fəxrlə deyə bilərik ki, Ümummilli Liderin 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə ilk dəfə olaraq gənclər və idman sahəsinə diqqət ayrılmışdır. Gənclər siyasətilə yanaşı, bədən tərbiyəsi və idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, idmanın gələcək inkişaf perspektivləri diqqət mərkəzində saxlanılmışdı. Bu sahəyə ayrılan diqqətin nəticəsi olaraq, idmanda kütləvilik təmin edilmiş, gənclərimizin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunmuşdur. İdmanın maddi-texniki bazasının yaradılması üçün mühüm işlər görülmüş, yeni idman kompleksləri, zallar tikilmiş, meydançalar salınmışdır. Yalnız bir faktı qeyd etmək kifayət edir ki, 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmış, eyni zamanda, 1973-cü ildə paytaxtda möhtəşəm idman sarayının təməli qoyulmuşdur. Nəticədə, ölkədə idman kütləviləşmiş, idman sahəsinə olan maraq artırılmışdı. Həmin dövrdə də Azərbaycan gəncləri SSRİ-də keçirilən yarışlarda yüksək yerlər tutur və ən nüfuzlu yarışların qalibi olurdular”,-deyə Milli Məclis sədrinin müavini bildirib.
Qeyd edib ki, gənc nəslin bədən tərbiyəsi və idmana marağının artırılması ilə paralel olaraq gənclərimizin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq məqsədilə göndərilməsi olduqca mütərəqqi bir addım idi. Hələ o dövrdə, ali təhsil almaq məqsədilə il ərzində Moskva Universitetinə 150 nəfər, Leninqrad Universitetinə 100 nəfər azərbaycanlı tələbə göndərilirdi. Eyni zamanda, Moskvada 30-dək ali məktəbə azərbaycanlı tələbələr göndərilirdi ki, bu siyasətin də ana xəttində savadlı azərbaycanlı gənclərinin yetişdirilməsi dayanırdı. Ali təhsil almış gənclərimizin yüksək vəzifələrə irəli çəkilməsi, mühüm dövlət orqanlarına yerləşdirilməsi bu sahədə aparılan siyasətin əsas cizgiləri idi.
Lakin təəssüflə qeyd etməliyik ki, sonrakı dövrdə dövlət idarəetməsində səriştəsiz rəhbərlərin atdığı addımlar nəticəsində gənclər siyasəti və idman sahəsi tamamilə tənəzzülə uğradı. İdman sahəsi də digər sahələrdə olduğu kimi çox ciddi böhrana düçar oldu. Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etmiş, habelə xalqımıza qalibiyyət sevinci yaşatmış peşəkar idmançıların bir çoxu ölkəmizi tərk etməyə məcbur oldular. Bütün sahələrdə yaranmış tənəzzülün nəticəsi olaraq, bədən tərbiyəsi və idmana maraq xeyli azaldı. Ulu öndər tərəfindən yaradılmış idman kompleksləri, salınmış idman meydançaları tamamilə sıradan çıxarılaraq istifadəsiz hala salındı. Azərbaycanın ən böyük futbol stadionu da bərbad vəziyyətə düşdü.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər sahələrlə yanaşı, bədən tərbiyəsinin və idmanın da inkişafı üçün yeni və uğurlu siyasi kurs müəyyən edildi.
A.Əliyev deyib: “Ali Sovetin sədri kimi Heydər Əliyev 1993-cü il sentyabrın 22-də parlamentdə gənclərin nümayəndələri ilə görüşərək onlarla fikirlərini bölüşdü. Ölkədə cərəyan edən ziddiyyətli ictimai-siyasi proseslər fonunda ölkə başçısının gənclərə vaxt ayıraraq, onların problemləri və qayğıları ilə maraqlanması, çətinliklərini diqqət mərkəzində saxlaması gəncliyə verilən ən böyük qiymət idi.
Gənclər siyasətini əsas xətt olaraq müəyyən edən Ulu Öndər ölkəmizi gənclər ölkəsi adlandırır, bu səbəbdən də gənclərə daha da geniş imkanlar yaratmaq lazım olduğunu bildirirdi. Gənclərin əmək fəaliyyətinə, dövlət, hökumət işlərinə cəlb olunması dövlətin əsas vəzifələrindən biri hesab olunurdu. Gənclərin Azərbaycanın dövlət siyasətinə dəstəyinə və bu siyasətin həyata keçirilməsində fəal iştirakına böyük önəm verilirdi.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə sağlam və vətənpərvər gəncliyin yetişdirilməsi, gənclərin bədən tərbiyəsi və idmana maraqlarının artırılması, idmanın kütləviləşdirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilərək 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı.
Ümummilli liderin göstərişi əsasında gənclər arasında əlaqələrin genişlənməsi, gəncliyin cəmiyyətin əsas aparıcı qüvvəsinə çevrilməsi və gəncliyə daha çox diqqətin ayrılması məqsədilə 1996-cı ilin 2 Fevral tarixində ölkəmizdə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Ulu öndərin 1997-ci ildə imzaladığı Sərəncamla Forumun keçirildiyi 2 Fevral günü ölkəmizdə “Gənclər günü” olaraq elan edildi. Ulu öndərin siyasi varisi Prezident İlham Əliyev Gənclər gününün 10-cu ildönümü ilə əlaqədar gənclər təşkilatlarının nümayəndələri ilə görüşündə bu məsələyə toxunaraq demişdi: “Gənclər gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. O bu məsələlərə daim böyük diqqət göstərmişdir. Hələ 1970-ci illərdə Azərbaycanda gənc nəslin yetişdirilməsi üçün böyük işlər görmüşdür. Yəqin bilirsiniz ki, o illər ərzində Azərbaycan gəncləri Sovet İttifaqının aparıcı ali məktəblərinə oxumağa göndərilmişdir. Həmin insanlar bu gün müstəqil Azərbaycana ləyaqətlə xidmət edirlər”.
Ulu öndər Heydər Əliyevin idman sahəsini daim diqqət mərkəzində saxlaması bu sahənin yenidən dirçəlməsi ilə nəticələndi. Hər zaman özü qədər inandığı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident təyin edilməsi idman sahəsində görülən işlərin daha da dinamik, hərtərəfli inkişafını təmin etdi. İdman sahəsinə ayrılan diqqət və qayğının, bu sahənin sistemli inkişafının nəticəsində idmançılarımız nüfuzlu yarışlardan qələbəylə geri döndülər”.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyev 2000-ci ildə olimpiyaçılarımızı yolasalma mərasimində Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanacağına və Azərbaycanın şan-şöhrətini daha da yüksəldəcəyinə əminliyini ifadə edərək bu oyunlarda müstəqil ölkə olaraq iştirak etməyimizin böyük nailiyyət olmasını diqqətə çatdırmışdı.
Ölkəmizdə aparılan idman siyasəti çərçivəsində 2000-ci ildən etibarən regionlarda idmana olan marağın artırılması, bədən tərbiyəsi və idmana əlçatanlığın təmin edilməsi məqsədilə müxtəlif bölgələrdə də müasir tipli olimpiya- idman komplekslərinin tikilib istifadəyə verilməsinə başlandı: “Sonrakı illərdə Ümummilli Liderin əsasını qoyduğu gənclər və idman siyasəti bütün sahələrdə olduğu kimi Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildi. Bədən tərbiyəsinə marağın artırılması, idmanın kütləviləşməsi nəticəsində sağlam, dövlətini, xalqını, Vətənini sevən gənc nəsil formalaşdı. Ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən idmançılarımız yetişdi. Məhz fiziki cəhətdən sağlam olan, ölkəsinə, xalqına bağlı olan Azərbaycan gəncliyi öz üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən çox böyük uğurla gəldi. Əzəmətli gəncliyimizin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərli ilə Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaət bizə tarixi Zəfəri bəxş etdi”.
Azərbaycan gəncliyinin istər ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, istərsə də arxa cəbhədə orduya yardımı, ölkə başçısı tərəfindən müəyyən edilmiş siyasi kursun, habelə həqiqətlərimizin dünyaya çatdırılması nəticəsində tariximizin ən Şanlı səhifəsi yazıldı və 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız düşmən işğalından birdəfəlik azad edildi.
“Bu gün də idmançılarımız döyüş meydanında qazanılmış Zəfərimizi beynəlxalq olimpiadalarda və yarışlarda uğurla davam etdirir, bayrağımızı göylərə ucaldırlar.
Ulu öndər tərəfindən əsası qoyulmuş idman siyasəti ötən illər ərzində həm də ölkəmizi dünyada idman brendinə çevirdi. Avropa Oyunları, İslam Olimpiadası, Formula 1 kimi beynəlxalq yarışların ən yüksək səviyyədə təşkilatçısına çevrilən ölkəmiz, Euro 2020 kimi dünyanın ən mötəbər idman turnirinin oyunlarına da ev sahibliyi edir.
Bütün bunlar əminliklə deməyə əsas verir ki, Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin daha da inkişaf etdirilməsinə öz dəyərli töhfələrini verəcəkdir”,-deyə Adil Əliyev bildirib.
Baxış sayı: 547
Bölməyə aid digər xəbərlər
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı













