12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Səfirlik deputatın mini yubkaya görə cərimə açıqlamasına cavab verdi
Tarix: 29-04-2021 12:12 | Bölmə: Siyasət

Səfirlik deputatın mini yubkaya görə cərimə açıqlamasına cavab verdi


Koreya Respublikasının ölkəmizdəki səfirliyi deputat Tahir Kərimlinin adıçəkilən ölkə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 
Səfirlikdən “Qafqazinfo”da yayımlanan sözügedən xəbərə reaksiya olaraq göndərilən məktubda bildirilir ki, deputatın Cənubi Koreyada mini yubka, açıq-saçıq geyinən qadınların 45 dollar cərimə edilməsi ilə bağlı fikri səhvdir: "Koreya Respublikasında (Cənubi Koreya) mini yubka, açıq-saçıq geyim üsulunu qadağan edən bir qayda və yaxud nizamnamə yoxdur".  
Xatırladaq ki, T. Kərimli Azərbaycanda hotellərin nikah şəhadətnaməsi tələb etməsi ilə bağlı məsələni müdafiə edib. Bununla bağlı verdiyi açıqlamada bildirib ki, nikah şəhadətnaməsinin tələb edilməməsi əxlaqsızlığa yol açır. Millət vəkili fikirlərini izah etmək üçün Cənubi Koreyanı da misal gətirməyə çalışıb: "Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bu metodun Azərbaycanda tətbiq edilməsini təklif etsəm, qəbul etməyəcəksiniz. Bəs biz necə müsəlman ölkəsiyik?”



Baxış sayı: 394


Bölməyə aid digər xəbərlər