Bütün xəbərlər
“Niyə icra başçıları ibrət götürmürlər?”
Tarix: 27-04-2021 12:34 | Bölmə: Siyasət

                   “Niyə icra başçıları ibrət götürmürlər?”


“Dünən daha bir icra başçısı və həkim həbs olundu. Maraqlıdır ki, niyə icra başçıları indiyə qədər baş verənlərdən ibrət götürmürlər?”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, bu gün hansısa rayonda icra başçısına etiraz edən vəzifəli şəxs tapmaq çətindir: “Ona görə də biz səlahiyyət məsələsinə bir də  baxmalıyıq. Ciddi struktur islahatlarına başlamalıyıq. Bakı böyük şəhər bələdiyyəsinin yaradılması buna nümunə olardı. Bələdiyyə seçkilərini proporsional şəkildə keçirməyi təklif edirəm. İndiki halda cəmiyyətin həyatında siyasi partiyaların rolu azdır. Seçkilər proporsional olduğu halda bu zaman siyasi partiyaların fəaliyyəti özünü daha yaxşı göstərəcək”.


Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər