Bütün xəbərlər
RF XİN: Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir
Tarix: 30-08-2018 14:22 | Bölmə: Siyasət

          

Rusiya və Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir.
Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib: "Əsas odur ki, bütün istiqamətlərdə - humanitar, siyasi, iqtisadi sahələrdə münasibətlər inkişaf edir. Əlbəttə ki, bütün istiqamətləri bir-bir sadalamaq mümkün deyil".
XİN rəsmisi bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı çox müsbət tendensiyadır.
Qeyd edək ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Ötən il iki ölkə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edib. Ölkələr arasında indiyədək 170-dən çox sənəd imzalanıb.



Baxış sayı: 706


Bölməyə aid digər xəbərlər
21-01-2025, 09:55 Müstəqilliyə aparan yol