11:28 / 18-05-2021
Akif Mustafayev vəfat etdi
15:42 / 17-05-2021
Naxçıvan tərəqqi yolunda
“Ermənistandan fərqli olaraq, bizə 5 milyardı heç kim hədiyyə eləməyib”
Tarix: 12-04-2021 18:25 | Bölmə: Siyasət

“Ermənistandan fərqli olaraq, bizə 5 milyardı heç kim hədiyyə eləməyib”



“İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Ona da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib. 
Dövlət başçısının sözlərinə görə, o kəmərlər tikilməsəydi, bu qədər vəsaitimiz olmazdı: “Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq”.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər