Bütün xəbərlər
“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” - İlham Əliyev + Video
Tarix: 27-02-2021 17:05 | Bölmə: Siyasət

                   “Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər”


"Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır". 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var:
"Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər".


Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər