22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Mövlud Çavuşoğlu Rusiya Dövlət Dumasına dəvət olunub
Tarix: 19-08-2018 01:48 | Bölmə: Siyasət

                     

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Dövlət Dumasına dəvət olunub.
Trend-in məlumatına görə, M.Çavuşoğlu Ankarada keçirilən hakim Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edən Rusiya nümayəndə heyətinə yaxınlaşıb. Nazirlə Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasında qısa söhbət olub.
Rəsmilər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib və qurultayın yekunu üzrə görüş keçirmək qərarına gəliblər.
Rusiyalı spiker türkiyəli naziri Moskvaya növbəti səfəri zamanı Dövlət Dumasına dəvət edib.


Baxış sayı: 660


Bölməyə aid digər xəbərlər