21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
ABŞ-ın Türkiyəyə hücumunun şifrələri...
Tarix: 17-08-2018 23:55 | Bölmə: Siyasət
Rahib Endryu Bransonun həbsi ilə başlanan ABŞ-Türkiyə müharibəsində qılıncların qınına qoyulacağı inandırıcı görünmür. Tramp Brunsonun təhvil verilməsi üçün Ərdoğanı təhdid edir, Türkiyə lideri isə “mən prezident olduğum müddətdə bu baş verməyəcək” deməklə dünyaya tək qütbdən baxan ABŞ-a müharibəyə hazır olduğunu açıq şəkildə göstərir. Və bütün baş verənlərdə, geosiyasi siyasətin hər keçən gün daha da qəlizləşdiyi və “soyuq müharibədən” sonra dünya gücləri arasında bu səviyyədə toqquşmaların baş verdiyi mənzərədə Branson “bədəvilərin döyüşündə atların ayağı altında qalan qum dənəsi”nə bənzəyir. Hərçənd, onu I Dünya müharibəsinin bəhanəsi Ferdinanda, yaxud Rusiyaya qarşı hücumda bayrağa çevrilən Skripala da bənzətmək olar: Proseslərdə kiçik zərrəcik olduğu qədər də bəhanə, yaxud yaxşı səbəb. Branson ABŞ üçün yaxşı səbəb və bir o qədər də yaxşı bəhanə oldu...
Trampın rahib Bransonun azad olunmasını istəməsinin qlobal toqquşmalar fonunda kiçik görünən iki səbəbindən də bəhs edilir:
- Konqresə aralıq seçkilər: Tramp noyabrda keçiriləcək seçkidə komandasının qalib gəlməsi üçün Brunsonu türk torpaqlarında qoymaq istəmir. Seçkidə bu amil onun əleyhinə işləyə bilər. Hətta Bransonun həbsinə görə türk nazirlərə sanksiyaların tətbiq edildiyi açıqlanan vaxt Ağ Evin başqa bir otağında ABŞ-ın müxtəlif yerlərindən gəlmiş keşişlərlə görüşün keçirildiyi məlumatı da bu kontekstdə diqqət çəkir. “Qızıl saçlı oğlan” Bransonu qoruya bilmədiyi üçün dini kəsimin səsini itirməkdən qorxur.
- Evanqelist faktoru: Xristianlığın radikal təriqəti olan evanqelistlərin adı Trampın Oval kabinetdə oturmağa başlaması ilə tez-tez eşidilir. Xristianlığı bütün dünyada hakim etmək üçün Yer üzünə Tanrı tərəfindən göndərildiklərinə inanan bu radikal təriqət evanqelist olduğu deyilən Bransonun timsalında qardaşlarının zindanda olması ilə barışmır və Ağ Evdə vitse-prezident Mayk Pens və müşavir Con Bolton kimi bu təriqətin qatı üzvləri üzərindən Trampı yönləndirirlər.
Bu ehtimallar kiçik görünür, lakin üzərində dayanmadan da keçmək olmaz. Bəzən olduqca mürəkkəb və böyük toqquşmaların əsl səbəbi kiçik məqamlarda gizlənir. Belə məqamlardan biri kimi Trampın şəxsi eqosunu da misal çəkmək mümkündür. Oval kabinetin sahibi bu imtiyaza yiyələnəndə ABŞ-ı dünyanın hakimi edəcəyinə and içmişdi və vaxtilə “böyük danışması”nın qarşısında bir rahibi xilas edə bilməməsinin qəzəbini də yaşamış ola bilər. Hər-halda tvitləri ilə dünyanı ələ salan Trampdan bəhs edirik...
Amma hədəfdə NATO-da ABŞ-ın müttəfiqi olan və təkcə Asiyanın, yaxud Yaxın Şərqin deyil, bütövlükdə Avrasiyanın açarı deyə biləcəyimiz Türkiyə var. Və burada “bədəvi atının ayaqları altındakı qum dənəsi” olan Bransonun Tramp üçün nə evanqelist, nə də seçki amili yox, məhz yaxşı bəhanə olduğu daha məntiqli görünür. Amerika Türkiyənin “buyruq ölkəsi” qəlibindən çıxması ilə barışmır və ona əlindəki son rıçaqlarla zərbə endirir.
Çünki Türkiyə Rusiya ilə başlayaraq, Çinlə davam edən Avrasiya açılımına doğru irəliləyir və bu, ABŞ-ın bölgədəki açarı itirməkdə olduğu deməkdir. Əslində ABŞ-ın Türkiyəyə doğru hücumunun 2013-cü il “17-25 dekabr” əməliyyatı ilə başladığını desək yanılmarıq. Lakin II Dünya müharibəsindən sonra bəlkə də ilk dəfə idi ki, Türkiyə ABŞ-ın nəinki öz üzərində oynadığı oyunları pozurdu, həm də bütövlükdə bölgədəki planlarına ciddi əngəl olurdu, 2013-cü ildən sonrakı dövrdə yaşananlar buna açıq nümunədir:
2015-ci il 7 iyul seçkiləri: ABŞ FETÖ və Türkiyənin ona işləyən mediası ilə HDP-nin barajı aşmasına nail oldu, həm də AKP-nin təkpartiyalı sistem qurmasının qarşısını aldı. Ərdoğan hakimiyyəti 45 gün ərzində koalisiya hökuməti qurmadı, vaxtı uzadaraq, seçkinin yenidən keçirilməsini təmin etdi və oyunu pozdu.
2016-c il 15 iyul çevriliş cəhdi: ABŞ Türkiyəni “əlinin altında” olan ölkə etmək üçün FETÖ üzərindən hərəkətə keçdi. Ərdoğan devriləcək və Türkiyə yenidən ABŞ-ın istədiyini hakim təyin etdiyi ölkə olacaqdı. Lakin bu baş tutmadı, əksinə, ABŞ-ın hazırladığı bomba əlində partladı. Bundan sonra ABŞ-ın Türkiyə daxilində qurduğu böyük şəbəkəsi – FETÖ təmizlənməyə başladı. Bu, Vaşinqtonun Ankaraya təsir rıçaqlarını itirməsi demək idi. (Oxu: Menderesi asıb, Ərdoğanı öldürmək istəyənlərin “Yeni Türkiyə” planı).
Avrasiyaya doğru: Türkiyə 15 iyul hadisələrindən sonra xarici siyasətinə yenidən baxdı və uzun illərdir onun üçün qapını aralı qoyan Avrasiyaya doğru Rusiya üzərindən yavaş-yavaş irəliləməyə başladı. İçəridə FETÖ təmizliyi getdiyi bir vaxtda ABŞ-ın 30 ildən artıq müddətdə Türkiyə üzərində “qılınca” çevirdiyi PKK-ya qarşı da genişçaplı təmizləmə prosesinə start verildi. Amerika iki əsas silahından məhrum olurdu.
“Teror dəhlizi” planı: Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatı ilə ABŞ-ın Şimali İraqdan başlayaraq, Suriyanın şimalı boyunca Aralıq dənizinə çıxacaq “kürd dəhlizi” planının qarşısını aldı. Türkiyə bu əməliyyatla həm də Suriya masasında öz yerini tutdu.
“Afrin əməliyyatı”: Türk ordusu Afrini PYD/YPG terrorçularından təmizləməklə “terror dəhlizi”nin reallaşmasını tamamilə sıradan çıxartdı. Hərçənd, ABŞ dəhlizin istiqamətini bir qədər cənuba – İdlibə doğru çəkməklə Afrinlə Fəratın şərqini birləşdirmək istəyirdi. Lakin türk ordusu əvvəlcə İdlibə girdi, daha sonra Afrini təmizlədi. (Oxu: Afrin əməliyyatının şifrələri: Türkiyə böyük oyunları necə pozur?).
“Kürd referendumu”: ABŞ 2017-ci ilin 25 sentyabrında Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu ilə bölgədə “Kürdüstan”ı yaratmaq üçün ilk addımını atdı. “Kürdüstan” yaradılacaq və bu, ABŞ-a Suriyanın şimalında – Türkiyənin cənubunda Aralıq dənizinə qədər uzanan “kürd dövləti”nin qurulmasına fürsət verəcəkdi. Lakin Türkiyə bölgədə İraq və İranla birlikdə bu oyunu da pozdu və ABŞ-ın önünə keçdi. (Oxu: Kürd dövləti”nin hədəfləri: regional-etnik müharibəyə doğru).
Qətər böhranı: Halbuki, Amerika Türkiyənin cənub sərhədlərində “kvazidövlətlər” yaratmaq, digər tərəfdən Körfəz ölkələrini tamamilə ovucunun içinə almağı planlaşdırırdı. Trampın prezident seçiləndən sonra ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsi və ardınca Qətər böhranının başlanması da buna hesablanmışdı. Lakin Türkiyə Böyük Britaniyanın da dəstəyi ilə Qətər üzərindəki oyunun qarşısını almağı bacardı. (Oxu: Səhrada qanlı döyüş və ABŞ-ın Körfəzdə böyük oyunu).
Qüds məsələsi: Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı və ABŞ səfirliyini bura köçürməklə bütün dünyaya örnək olacağını düşündü. Lakin Türkiyə İslam Əməkdaşlığı Təşkilatını (İƏT) təcili şəkildə topladı və buna qarşı çıxdı, ardınca məsələni BMT-yə daşıdı və Ağ Evin sahibinin istəyinə tam çatmasının qarşısını aldı.
2013-cü ildən sonrakı dövrdə ABŞ-Türkiyə qarşıdurması və bölgədə müstəqil türk siyasətinin Vaşinqtonun planlarına mane olmasının çoxsaylı məqamlarına toxunmaq olar. Reallıq budur ki, Türkiyə artıq ABŞ-ın barmağında oynada bildiyi Türkiyə deyil. Türkiyənin prezident üsul-idarəsinə keçidi də əslində onu şahmat taxtasında piyada kimi istifadə etmək istəyən Qərbin qarşısında daha güclü olmaq və müstəqil siyasətini yürüdə bilməkdir. Bir çoxları prezident üsul-idarəsinin Türkiyədə demokratiyanın zəifləməsinə səbəb olacağını hesab edir, hərçənd, 50 faizə qədər müxalifinin olduğu bir prezidentin buna cəhd belə etməsi inandırıcı görünmür. Bununla yanaşı, Türkiyə Cümhuriyyət tarixində koalisiya hökumətlərinin nələrə səbəb olduğunu araşdıranda da prezident üsul-idarəsinin vacibliyi ortaya çıxır. Türkiyə məhz dövlətin gələcək strategiyası üçün bu seçimi etdi. Çünki dünyanın dəyişən şərtlərində mərkəzləşdirilmiş idarəçilik dövlətin bütövlüyü və daha güclü olmasının zəmanətidir. Qlobal və regional güc olan, yaxud buna cəhd edən ölkələrin nümunəsi də bunu deməyə əsas verir:
ABŞ – demokratlar və respublikaçılar bir-birini əvəz edir. Heç maraqlı deyilmi ki, dünyaya siyasi plüralizmdən müəllim ədası ilə danışan ölkədə niyə üçüncü siyasi partiya seçkiyə qatılmır? Yaxud bu ölkədə üçüncü siyasi partiya gözə dəyirmi heç?!
Böyük Britaniya – leyboristlər, yaxud mühafizəkarlar, kimin qalib gəlməsindən asılı olmayaraq, bu ölkəni kraliçanın idarə etdiyi sirr deyil.
Fransa və Almaniya - Avropa İttifaqının iki güclü ölkəsində fərdlərin və partiyaların dəyişməsindən asılı olmayaraq, oturuşmuş dövlət institutu var və bu institutun köklərinin daha dərinə getdiyi bəllidir.
Rusiya – çarların dövründən bu ölkədə siyasi varislik prinsipi əsasdır. Və məlumdur ki, Rusiya “dərin dövləti”nin istəmədiyi şəxs hakimiyyətə gələ bilməz.
İran – 1979-cu il İslam inqilabından sonra bu ölkədə əsas söz sahibi ali dini liderdir və ayətullahların Üləmalar Məclisi əslində “dərin İran dövləti”nin məlum olan modeli hesab oluna bilər.
Çin – dünyanın yeni super gücü olmağa namizəd olan bu ölkə tarix boyu hakimiyyətin ötürülməsi yolu ilə idarə olunub.
Bu sistemlər demokratik prinsiplərdən uzaq görünə bilər, lakin dövlətin güclü immunitetə malik olmasında sınanmış təcrübədir.
Dünyanın bu mənzərəsi fonunda Türkiyənin prezident üsul-idarəsinə keçidini qəbul etməmək qeyri-səmimilik olar. Türkiyə dünyanın yeni nizamına uyğun addımlar atdı və bununla ABŞ-ın qorxulu röyasını gerçək etdi. Əslində Ərdoğan hökumətinin Qərbə vurduğu sonuncu zərbə məhz budur.
Və bu gün ABŞ-ın Türkiyəyə müasir müharibə üsulları ilə hücuma keçməsinin səbəblərini son 5 ildə baş verənlərlə yanaşı, həm də ölkədə idarəçilik sisteminin dəyişdirilməsində də axtarmaq lazımdır. Amerika 15 iyulda türk torpaqlarında məğlub olmuşdu. Artıq nəyisə dəyişdirməyin, vaxtilə NATO-çuların idarə etdiyi Türkiyəni geri qaytarmağın yolu yoxdur. Trampın iqtisadi hücumu son həmlədir, çünki okeanın o tayındakılar türk iqtisadiyyatının həssaslığını bildikləri üçün ən incə yerdən vurdular. Plana görə, bu iki nəticə verəcəkdi: birincisi, türk xalqı düşdüyü iqtisadi çətinliyin günahını Ərdoğanda axtaracaq və ona qarşı çıxacaqdı; ikincisi, Ərdoğan geri çəkiləcək və Trampın tələbini yerinə yetirəcəkdi; Bu baş vermədi, çünki 15 iyul hadisələri türk xalqının şüurunda da dönüş nöqtəsi olub.
Türkiyə niyə Brunsonu təhvil vermədi? Vaşinqton-Ankara xəttindəki toqquşmalarda bu sual olduqca mühümdür. Türkiyə rahibi qaytara və iqtisadi zərbələrdən yayına bilərdi. Lakin:
a) Ankara məsələnin rahib məsələsi olmadığını yaxşı anlayır. Amerika Türkiyəni bütövlükdə istəyir.
b) Bransonun təhvil verilməsi Türkiyə dövlətinin ABŞ qarşısında geri çəkilməsi deməkdir və rahiblə başlanan tələblərin sonrakı siyahısı daha da uzanacaq, Vaşinqton hər istədiyini etdirmək üçün analoji addımlar atacaqdı.
c) Güləni verməyən Trampa Bransonu vermək türk dövlətinin siyasi iradəsini zədələyə bilər.
d) Baş verənlər son 5 ildə yaşanan açıq-gizli qarşıdurmanın partlamasıdır və Türkiyə artıq öz cəbhəsini müəyyənləşdirir.
Avrasiya və Amerika: dünyada güc mərkəzi dəyişir və Türkiyə nə qədər NATO-da olsa da, yeni dünya nizamına uyğun olaraq Şərqə doğru üz tutur. Amerikanı hərəkətə keçirən də budur.
“Amerika Türkiyə üzərində qalib gələ biləcəkmi” sualının cavabı isə Trampın xeyrinə deyil: Ankara Vaşinqtona boyun əymədi və hücuma hücumla cavab verdi. Ərdoğanın “müdafiədən hücuma keçirik” mesajı təsadüfi deyil. Çünki Türkiyənin qarşısında ciddi Avrasiya seçimi var. Ərdoğan BRİKS ölkələrinin sammitinə dəvət olunanda Türkiyənin bu seçimə doğru hərəkət etdiyi aydın oldu. Və ABŞ-ın qarşısında təklənmiş yox, Çin, Rusiya, İran, eləcə də BRİKS ölkələri, həmçinin, Böyük Britaniya, Almaniya, Fransa kimi Avropa dövlətlərinin dəstək verdiyi Türkiyə var. Əksinə, bu gün Türkiyənin qarşısında dünyada təklənmiş Amerika var və Ankara “hücuma keçməyin” vaxtının çatdığını anlayır. Trampın başlatdığı iqtisadi müharibəyə dünya xəritəsi fonunda baxanda həqiqətən də ABŞ-ın təkləndiyi və məğlubiyyətə doğru getdiyi görünür.
Böyük ehtimalla Avrasiyanın Çinin iqtisadi liderliyində güclənəcəyi, dünyanın təkqütblü sistemdən xilas olacağı və dollar hegemoniyasına son qoyulacağı prosesi davam edəcək. Bu prosesdə ingilislərin də ABŞ-a qarşı cəbhədə dolayısı ilə yer alması diqqət çəkir. Və bütün bunlar Türkiyənin ABŞ-a iqtisadi müharibədə məğlub olmayacağını deməyə əsas verir.
Lakin ABŞ-Türkiyə toqquşmasına kiçik pəncərədən baxmaq da doğru deyil və İran-Rusiya-Türkiyə adlı böyük tabloda Vaşinqtonun bölgədə ən ehtiyacı olan ölkəyə - müttəfiqinə bu səviyyədə hücumunun səbəbləri aydın görünür.
İran, Rusiya, ardınca da Türkiyə: bu üç ölkənin bir olması Trampın “güclü Amerika” strategiyasının qarşısında və Amerikanın Yaxın Şərqdə istədiyini etməsində ciddi maneəyə çevrildi. Vaşinqton da İran, Rusiyaya, ən sonda isə Türkiyəyə hücuma keçmək planını işə saldı:
a) İran, Rusiya və Türkiyəyə ayrı-ayrılıqda iqtisadi sanksiyalar tətbiq etməklə hər biri küncə sıxışdırılacaq;
b) Bu ölkələrdə əhali iqtisadi çətinliyə görə hökumətlərinə qarşı qalxacaq;
c) Bu ölkələrdən biri – İran istisna olmaqla – hücumdan xilas olmaq üçün Amerika ilə anlaşacaq, bu da üçlü ittifaqı dağıdacaq;
d) Türkiyə, yaxud Rusiyanın “boyun əyməsi” İrana hücumu asanlaşdıracaq;
e) Türkiyənin hücum qarşısında geri çəkilməsi və Rusiya və İrandan uzaqlaşması – Türkiyəyə İran və Rusiyadan sonra iqtisadi sanksiyaların tətbiq edilməsi də buna hesablanmışdı – ABŞ-ın bölgədəki planlarının önün açacaq;
Görünən budur ki, Tramp istəyinə nail ola bilmir, lakin bu, Amerikanın geri çəkiləcəyi də demək deyil. Mümkündür ki, Vaşinqton iqtisadi hücumdan sonra aktiv müharibə cəbhəsi açacaq. Bu cəbhə isə məhz Körfəzdən açıla bilər.
Mümkün ssenari: Tramp Körfəz ölkələrinin iştirakı ilə yaratmaq istədiyi “Ərəb NATO-su” planını sürətləndirəcək; bu hərbi ittifaq Yəməndə husi bəhanəsi ilə hücuma keçə bilər, bu İrana qarşı açılacaq cəbhə olacaq; Körfəz ölkələri Qətər böhranını yenidən qızışdıra və Türkiyəyə qarşı da buradan cəbhə açıla bilər; Rusiya üçün açılacaq cəbhə isə Ukrayna olacaq, lakin Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi Vaşinqtonun Moskvaya qarşı Qafqazdan da cəbhə aça biləcəyi ehtimalını gücləndirir;
Dünya yeni toqquşmaların astanasına girir və “tvit qəhrəmanı” Trampın bundan sonra nə edəcəyi maraqlıdır.
Baxış sayı: 1 127
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi