Bütün xəbərlər
Ekspert: Rusiya Ermənistanın fəaliyyətinə daha sərt reaksiya verməlidir
Tarix: 07-08-2018 16:39 | Bölmə: Siyasət

                             

Ermənistan rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı sərt bəyanatlarından sonra Rusiyanın bir açıqlama verməsi kifayət deyil.
Bunu Trend-ə rusiyalı ekspert və ictimai xadim Dmitri Verxoturov Ermənistanda baş verən son hadisələri və Rusiya XİN rəhbəri Sergey Lavrovun bu barədə bəyanatını şərh edərkən deyib.
Ekspertin fikrincə, Ermənistanın kifayət qədər etibarlı müttəfiq olub-olmaması barədə sualı ortaya qoymağın vaxtı çatıb.
D.Verxoturovun sözlərinə görə, Robert Koçaryan və digərlərinin həbsinin bilavasitə səbəbi hakimiyyət uğrunda, daha doğrusu Yerevanda hakimiyyətin möhkəmləndirilməsi uğrunda mübarizədir:
“Nikol Paşinyan bu yolla ona gələcəkdə çətinliklər yarada biləcək siyasi rəqiblərini kənarlaşdırır. Bu da həbs olunan siyasətçilərin Rusiyayönümlü olması ilə üst-üstə düşüb və şübhəsiz ki, baş nazirin fəaliyyəti Rusiyaya qarşı da yönəlib. KTMT-nin hazırkı sədrinə qarşı cinayət işi bu təşkilatın nüfuzuna zərbə, qurumun rəhbərliyinin iflic olunmasıdır, bir sözlə dostluq addımı deyil. Əgər dinc vaxtda bu cür insidentlər baş verirsə, daha ciddi vəziyyətlərdə “öz müttəfiqimizdən” nələr gözləmək olar?”
Ekspertin fikrincə, N.Paşinyan KTMT-ni çətin vəziyyətdə qoyub və bu insident Moskva üçün ciddi siqnal olmalıdır.



Baxış sayı: 742


Bölməyə aid digər xəbərlər