14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Kolumbiyanın sabiq prezidenti xalqı ilə vidalaşıb: Gedirəm, amma...
Tarix: 07-08-2018 10:32 | Bölmə: Siyasət

                      

Vəzifəsindən gedən Kolumbiya prezidenti Xuan Manuel Santos xalqı qarşısında vida nitqi ilə çıxış edib. Trend-in məlumatına görə, sabiq prezident ümumiyyətlə böyük siyasətdən getdiyini bildirib.
Qeyd edək ki, artıq Kolumbiya prezidenti postunu seçkilərdə qalib gəlmiş İvan Duke tutacaq.
Santos iki dəfə ardıcıl prezident olub, yəni 8 il Kolumbiyanı idarə edib.
O, vida nitqində deyib: "Siyasətdən gedirəm, amma sülh naminə digər sahələrdə fəaliyyətimi davam etdirəcəyəm. Ürəyimdə heç bir düşmənçilik hissi olmadan gedirəm. Qəlbimdə heç kin-küdurət, nifrət yoxdur".
Sabiq prezident Kolumbiyanın yeni seçilmiş prezidentinə də uğurlar arzu edib.



Baxış sayı: 756


Bölməyə aid digər xəbərlər