Bütün xəbərlər
Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır
Tarix: 04-08-2018 17:25 | Bölmə: Siyasət

                                   

Suriyadakı rejimin başçısı Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Cənubi Osetiyadakı separatçıların başçısı Anatoli Bibilov Suriyada səfərdə olub. 
O, səfər çərçivəsində Bəşşar Əsədlə görüşüb.
Qeyd edək ki, Bəşşar Əsədin başçılıq etdiyi Suriya mayın 29-da tanınmamış “Cənubi Osetiya Respublikası” və Abxaziyanın “müstəqilliyi"ni "tanıdığı” barədə bəyanat yayıb. Separatçılarla Əsəd rejimi arasında “diplomatik münasibətlər"in” "səfirlik” səviyyəsində qurulmasına dair razılıq əldə olunduğu da bildirilib. Bu da rəsmi Tbilisinin kəskin etirazlarına səbəb olub. Gürcüstan xarci işlər nazirinin müavini David Dondua bildirib ki, ölkəsi Suriya ilə diplomatik münasibətləri kəsib. 



Baxış sayı: 889


Bölməyə aid digər xəbərlər