22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Gürcüstanın Ədliyyə naziri Saakaşviliyə həbsxanada “ən yaxşı qida” söz verdi
Tarix: 09-09-2020 22:13 | Bölmə: Siyasət

                Gürcüstanın Ədliyyə naziri Saakaşviliyə həbsxanada “ən yaxşı qida” söz verdi


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Vətənə qayıdacağı təqdirdə, həbsxanada “ən yaxşı qida” ilə təmin olunacaq. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani bildirib.
“Əgər Saakaşvili qayıtsa, onun statusuna görə saxlanılması sərhəddə baş verəcək və sonra o, öz cəzasını alacaq. O, nə həbsxananın daxilində, nə də onun hüdudlarından kənarda heç bir qarışıqlıq yarada bilməz. Bugünkü həbsxana ən yüksək beynəlxalq standartlarla idarə olunur. Saakaşvilidə ən yaxşı qida olacaq. Noyabr ayında dondurulmuş ət hazırlamağı qadağan etdik, məhbusları təzə ət və mövsümi meyvə ilə qidalandırırıq”, - Tsulukiani “Rustavi 2” telekanalının efirində deyib.  
O, Saakaşvilini “ağır cinayət sayılan səhvlərindən romantik şəkildə bəhs edən qeyri-ciddi kriminal” adlandırıb.  
Xatırladaq ki, daha əvvəl Mixail Saakaşvili dönüşünün ölkədə iğtişaş və qarşıdurmaya səbəb olmayacağı zaman vətəninə qayıdacağını açıqlamışdı.



Baxış sayı: 511


Bölməyə aid digər xəbərlər