Bütün xəbərlər
Ramin Bayramlıdan yeni təyinat
Tarix: 30-07-2020 19:48 | Bölmə: Siyasət

                     Ramin Bayramlıdan yeni təyinat


Elmi Tədqiqat İnstitutuna direktor təyin olunub. 
“Qafqazinfo” xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu bu vəzifəyə gətirilib.
Yeni direktor bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki,  A.Allahverdiyev Türkiyə Parazitologiya və Tropik xəstəliklər şurasının fəxri üzvü, 2019-cu ilin sentyabr ayından etibarən isə Türkiyə Səhiyyə Nazirliyi və Biotexnologiya İnstitutunun himayəsi altında Peyvənd Elmi Şurasının üzvü seçilib və indiyə kimi fəaliyyətini davam etdirir. O, müxtəlif ölkələrin (Amerika, Türkiyə, Rusiya və s.) elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür.



Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər