Bütün xəbərlər
Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır
Tarix: 23-07-2020 00:16 | Bölmə: Siyasət

                Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır


Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan “France 24” kanalına müsahibəsində danışıb. Erməni nazir “Bu qarşıdurmaya Türkiyənin müdaxiləsi ilə bağlı narahatsınızmı” sualına belə cavab verib:
“Şübhəsiz, buna laqeyd qala bilmərik. Əlbəttə, buna laqeyd yanaşmaq olmaz. Əlbəttə, bu, narahatlıq mövzusudur”.
Xatırladaq ki, Ermənistan ordusu iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törədərək hücuma keçib. Nəticədə Azərbaycan ordusunun 12 əsgəri şəhid olub. Ermənistan tərəfi isə itkiləri barədə məlumatı ictimaiyyətdən gizlədir.


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər