17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
Xalqımız milli birlik və həmrəylik nümayiş etdirir
Tarix: 21-07-2020 18:26 | Bölmə: Siyasət

İyulun 12-də ermənilər daha bir çirkin, xain əməllərini həyata keçirmək məqsədilə Tovuz istiqamətində hücuma keçməyə cəhd göstərsələr də Azərbaycan Ordusu bu cəhdin qarşısını qətiyyətlə alaraq düşmənə layiqli bir şəkildə cavab verdi. Hadisələrlə bağlı akademiyanın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev də öz münasibətini bildirdi.
Akademik söhbətinə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücündən bəhs edən dərin məzmunlu çıxışından sitat gətirərək başladı: “Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Azərbaycan xalqı heç vaxt torpaqlarını düşmən tapdağı altında olması ilə barışmayacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında müasir texnika ilə təchiz edilmiş qüdrətli Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Belə ki, Aprel döyüşləri və Günnüt əməliyyatı ordumuzun gücünü göstərən qələbəmizdir”.
Müasir tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev fenomeni respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq fundamental dövlətçilik ənənələri fоrmalaşdırdığını deyən akademik onu da vurğuladı ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmış, gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Ölkəmizdə aparılan siyasi, iqtisadi islahatların tərkib hissəsi kimi hərbi potensialımızın möhkəmləndirilməsində də mühüm addımlar atmışdır.
İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin ideyaları əsasında ölkəni irəli aparıb sivil ölkələr səviyyəsinə çatdırmaq məqsədi daşıyan strateji inkişaf kursu cənab İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük uğurla davam etdirildiyini dedi. Bölmə sədri söhbətinə davam edərək qeyd etdi ki, Prezident İlham Əliyev ona bəslənilən ümidləri doğrultmuş, işgüzarlığı, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz qazanmışdır. Ölkə başçısının həyata keçirdiyi siyasi kursun bir sıra aspektlərinə diqqət yetirsək dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini aydın görmək olar. Ötən illərin uğurları əminliklə deməyə imkan verir ki, cənab İlham Əliyev böyük uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, yenilikçi idarəçilik prinsipləri ilə cəmiyyətdə və beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilmişdir. Cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra etməkdədir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”-prinsipini irəli sürən ölkə başçısı öz fəaliyyətində bunu yüksək səviyyədə yerinə yetirmiş və ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir.
Akademik İsmayıl Hacıyev bildirdi ki, ölkə Prezidentinin xarici siyasətdə əldə etdiyi uğurlar daxili siyasətlə həmahəng aparılır. “Prezidentin gördüyü işlər Azərbaycanı qüdrətləndirdi, gücləndirdi, öz mövqelərini möhkəmləndirdi. Dövlət büdcəsinin görünməmiş səviyyədə artması, ümumi daxili məhsulun artım tempi, işsizliyin və yoxsulluğun azaldılması, sahibkarlığa kömək, qeyri-neft sektorunun inkişafı, çadır şəhərciklərinin ləğv edilməsi, qaçqın və məcburi köçkünlər üçün yeni-yeni qəsəbələrin istifadəyə verilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq atılan addımlar, əldə olunan böyük uğurlar və digər həyata keçirilən işlər. Ölkəmizdə aparılan siyasi və islahatların tərkib hissəsi olan hərbi potensialımızın möhkəmləndirilməsi isə əsas prioritet kimi öndə dayanır.
Ermənistanda vəziyyət necədir? Daxili və xarici siyasətdə yaşanan çoxsaylı problemlər, iqtisadi böhran, pandemiya və baş nazir tərəfindən təhdid edilən əhali. Xalqını uçurumun kənarına gətirib çıxardan hökumət bu vəziyyətdə belə başqasının malına ziyan, canına qəsd planlarını qurmaqda davam edir. Elə bu günlərdə Nikol Paşinyan cahil hərəkəti ilə növbəti dəfə atəşkəs rejimini kobudcasına pozmaqla bunu bir daha əyani şəkildə təsdiq etmiş oldu. Gücünü bir daha nümayiş etdirən Azərbaycan Ordusu isə ermənilərin təxribatlarına layiqli cavab verərək düşməni ağır məğlubiyyətlərə uğradaraq yerinə oturtdurdu”.
Akademik dedi ki, bu gün istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmən tərəfindən baş verən çirkin hadisələrdə xalqımız dövlətimizin, Prezidentimizin yanında olmaqla milli birlik və həmrəylik nümayiş etdirir. Hadisələrlə bağlı Ordumuzu dəstəkləyən insanlarımız torpaqlarımızın azadlığı uğrunda döyüşə getmək üçün müraciətlər edirlər.
Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin zəfər salnaməsi adlandırdığı Aprel döyüşləri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən 11 min hektar ərazimizin azad edilməsi göstərdi ki, istənilən vaxt Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir. Bu gün adı güclü ordular sırasında çəkilən Azərbaycan Ordusunda iradəli, əzmli, cəsarətli, qəhrəman və gənc nəslə bir nümunə olan qeyrətli Vətən oğullarımız var. Vətənin, millətin keşiyini çəkən oğullarımızın arxasında da Azərbaycan xalqı dayanır.
İsmayıl Hacıyev söhbətinin sonunda vurğuladı ki, bizlər bir аn dа belə olsa unutmаmаlıyıq ki, düşmənlərimiz cilddən-cildə girən, məkrli yol tutan, fəaliyyətlərində uydurma və sахtkаrlıqlаrа əsaslanan bir “millətdir”.
Türkanə Bəylərli,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
Baxış sayı: 566
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi