Bütün xəbərlər
Qəzada faciəli şəkildə ölən qərargah rəisi dəfn edildi - FOTO
Tarix: 21-07-2020 01:17 | Bölmə: Siyasət

Bu gün Quba rayonunun Xınalıq kəndinə gedən yolda avtomobil qəzası nəticəsində vəfat etmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin qərargah rəisi polkovnik Mirzəyev Şahin İbrahim oğlu dəfn olunub.
Oxu.Az xəbər verir ki, zabitin nəşi axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhərində torpağa tapşırılıb. 
Hərbi nizamnamə qaydalarına uyğun olaraq, fəxri mühafizə dəstəsinin müşayiəti ilə, əklil aparan və zabitin dövlət təltiflərini daşıyan hərbi qulluqçuların arxasınca polkovnik Ş.Mirzəyevin cənazəsi dəfn yerinə gətirilib.
Dəfn mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavinləri və digər rəhbər vəzifəli şəxsləri, Cəlilabad rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, rayon polis şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, zabitlər, gizrlər, çavuş və əsgərlər iştirak ediblər. 
Zabit torpağa tapşırıldığı an xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan Respublikasının dövlət bayrağı zabitin oğluna verilib.













Mövzu ilə əlaqədar




Baxış sayı: 473


Bölməyə aid digər xəbərlər