Bütün xəbərlər
“Yürüşə gələnlərin əksəriyyəti səmimi idi” - Erkin Qədirli
Tarix: 15-07-2020 18:43 | Bölmə: Siyasət

               “Yürüşə gələnlərin əksəriyyəti səmimi idi” - Erkin Qədirli


Milli Məclisin deputatı, hazırda Tovuzun Ağdam kəndində olan Erkin Qədirli bu gecə bir qrup şəxsin parlament binasına daxil olub təxribat yaratmağa cəhdə münasibət bildirib. 
E.Qədirli “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, istər dövlət, istərsə də özəl mülkiyyət toxunulmaz olmalıdır: “Heç bir sevincli, kədərli və ya etiraz tədbiri mülkiyyətə toxunmağa əsas vermir. Xüsusilə də dövlət hakimiyyəti orqanı olan Milli Məclisə basqın başqa mətləblərdən xəbər verir. Bir yandan anlamaq olar ki, coşqulu kütlədən kimsə orada təxribat törədə bilər. 
Yürüşə gələnlərin əksəriyyəti səmimi insanlardır. Həqiqətən orduya dəstək üçün çıxıblar. Amma kütlənin içində bir də görürsən ki, təxribat törətmək istəyənlər tapıla bilir. İstənilən halda bunu gərək hüquq-mühafizə orqanları araşdırsın. 
Biz onların yerinə hadisələri qabaqlayaraq fikir bildirməyək. Amma baş vermiş hadisə ciddi araşdırılmalıdır. Hər şeydən görünür ki, orada ciddi qanun pozuntusu baş verib. İndi kimin məsuliyyətinin nə qədər olduğunu hüquq-mühafizə orqanları müəyyən etməlidir. Polis maşınının aşırılması, Milli Məclisin giriş qapısının sındırılması, içəridə baş verən dağıntılar bütün bunlar qəsdən edilmiş qanunazidd əməldir və araşdırılmalıdır”.



Baxış sayı: 500


Bölməyə aid digər xəbərlər